Röya müğənni Elnarəni YIXIB-SÜRÜDÜ:

Əməkdar artist Röya Ayxanla müğənni Elnarə Xəlilovanın münasibətləri yenidən korlanıb.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, buna səbəb E.Xəlilovanın Röyaya irad bildirməsi olub.

R.Ayxan keçən həftə "Mənə sevgindən bəhs et" adlı yeni mahnısını instaqramda paylaşıb. Elnarə Xəlilova bu münasibətlə həmkarını təbrik edib. Daha sonra sözügedən mahnının Uitni Hyustonun "I have nothing" kompozisiyası ilə oxşar olduğunu deyib. Röyanın fanat ordusu E.Xəlilovanın bu rəyini birmənalı qarşılamayıb. Tanınmış bəstəkar Muxtar Abseynov da paylaşıma "Mən bildim" şərhini yazıb.

Elnarə ona "Röyanın mahnısıdır ki?" şərhini yazan izləyicisinə "Qulaqlar işləyir. Oxşayır, yox?" deyə cavab verib.

Xəlilovanın Röyanı ifşa etməsi həmkarını özündən çıxarıb. O, bir vaxtlar rəfiqəlik etdiyi, lakin son illərdə küsülü olduğu həmkarına instaqramdan cavab verib:

"Məni dindirmə qız, qarabağlılara hörmətim var, pozma. Xanım Elnarə, siz oxumuş qadınsınız. Sadə insanları maarifləndirməlisiniz. Bunu deməyə haqqım var. Çünki unutmadınızsa, təhsilinizin çətin dönəmində Allah məni sizə yetirmişdi. Xırdalamayaq, düzdürmü? Hara, necə, nə cür...

Onu qoydum bir kənara. Siz axı hər şeydən xəbərdar, "stildar", "bilikdar", peşəkar izləyicisiniz. Onda elə çıxır ki, CeyLonu dəvət edək sual verək ki, "Lambada"nı niyə öz mahnısına salıb oxudu? Tam deyil, amma oxşarlıq varsa, təbii ki, rəhmətliyin əsərinə bənzəməsi şərəfdir. Mən axı canlı ölüləri harama qoyacam?

Ay Muxtar, sən də bildin? Siz biləni uşaqlar dərib vurublar bazara. O da deyəsən heç keçə bilməyib. Çürüyü varmış. Qaldı gələn ilə".

Qeyd edək ki, Röyanın plagiat olduğu deyilən "Mənə sevgidən bəhs et" adlı yeni mahnısının sözləri və bəstəsinin müəllifi Zülfi Bədəlovdur. Z.Bədəlov tanınmış aparıcı və aktrisa Zümrüd Bədəlovanın qardaşıdır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR