"Beynəlxalq təşkilatların riyakar, qərəzli, ikili standartlara əsaslanan yanaşmasını Azərbaycan ictimaiyyəti qəbul edə bilməz" - Məlahət İbrahimqızı

«Prezident İlham Əliyevin bu günlərdə Brüsselə etdiyi səfər olduqca uğurlu oldu. Azərbaycanın bütün sahələrdə ildən-ilə böyük uğurlara imza atdığı bir dövrdə bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli mövqeləri fonunda Brüsseldə Avropa İttifaqı və NATO kimi nüfuzlu təşkilatlarla əməkdaşlığımızın daha da gücləndirilməsi ölkəmizə qara piar həyata keçirən qurumlara cavabdır». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Metbuat.az yap.org.az-a isnadla bildirir ki, M.İbrahimqızı bildirib ki, bu tipli təşkilatların ölkəmizə qərəzli yanaşmaları hər bir Azərbaycan vətəndaşını narahat edir və bu, ictimaiyyətdə təəssüf hissi yaradır. Biz bunu hər zaman riyakar, ikili standartlara yanaşma kimi qiymətləndiririk. Onun sözlərinə görə, bu səfər zamanı Prezident İlham Əliyevin istər Avropa İttifaqında, istər NATO-da keçirdiyi görüşlər qərəzli qüvvələrə ən layiqli cavab oldu. Həqiqətən də bu səfər zamanı Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə, imzalanan sənədlərdə çox vacib və xarici siyasətimiz üçün önəmli olan prioritetlər öz əksini tapdı.

«Əldə olunan uğurlardan biri də torpaqlarımızın 20 faizini işğal edən Ermənistana qarşı münasibət, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıq mövqelərdir. Bu gün Azərbaycan ictimaiyyəti əldə edilən uğurları çox yaxşı bilir, Azərbaycan dünyanın ən inkişaf edən ölkələri sırasındadır. Amma bütün bunlara baxmayaraq, hər birimizi daha çox düşündürən, ümummilli marağımız olan Dağlıq Qarabağ məsələsi ilə bağlı narahatlığımızdır. Beynəlxalq təşkilatların riyakar, qərəzli, ikili standartlara əsaslanan yanaşmasını Azərbaycan ictimaiyyəti qəbul edə bilməz. Prezident İlham Əliyevin keçirdiyi yüksək səviyyəli görüşlərdə və imzalanan sənədlərdə bizi narahat edən bütün suallar cavabını tapdı. Bu da Azərbaycan ictimaiyyətində Prezidentimizin xarici siyasətinə olan inamı bir daha artırdı. Azərbaycan xalqı öz liderinə inanır, onun ətrafında sıx birləşib. Prezidentimiz də xalqımıza arxalanır. Ölkəmizdə xalq-iqtidar birliyi uzun illərdir davam edir, bundan sonra da davam edəcək. Lakin həlli dalana dirənmiş Dağlıq Qarabağ problemi ilə bağlı ictimaiyyət hər dəfə yeni bir cavab, yanaşma gözləyir. ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə bağlı 25 ildən çoxdur fəaliyyət göstərmələrinə baxmayaraq, heç bir nəticə əldə etməyiblər. Həmsədrlər əməli fəaliyyət göstərməlidirlər»-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

"Bakı mirvaridir, dünya səviyyəli şəhərdir" - Rəhmon - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR