"WhatsApp"da istifadəçilərin şifrəli mesajlaşması tətbiqi LƏĞV OLUNUR

“WhatsApp” messencerində yenilik olub.

Metbuat.az ölke.az-a istinadən xəbər verir ki, bundan sonra istifadəçilərin şifrəli mesajlaşması tətbiq edilməyəcək. Bu yolla xüsusi xidmət orqanları asanlıqla bütün yazışmalara nəzarət edə biləcəklər. Bunu şirkətdən “Facebook” tələb edib.

Mark Zukerberq bildirib ki, bu qərar ABŞ hökumətinin tələbindən sonra qəbul edilib. 2019-cu ildən proqram zəif şifrələmə ilə işləyəcək. Bu isə xüsusi xidmət orqanlarına istədikləri və maraqlandıqları “WhatsApp” istifadəçisi haqqında asanlıqla məlumat əldə etməyə, yazışmalara baxmağa imkan verəcək. Beləcə, terrorçu və psixi problemləri olan insanların hərəkəti barədə əvvəlcədən xəbərdarlıq etmək imkanı olacaq.

Bununla yanaşı Zukerberq bildirib ki, tezliklə “WhatsApp”da reklamlar da olacaq və beləcə, messencerdən pul qazanma imkanı yaranacaq.

İlqar Məmmədov azadlığa BURAXILDI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR