Bu gün Afaq Bəşirqızının özəl günüdür

Azərbaycanın görkəmli teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti , “Şöhrət” ordenli prezidentin fəxri təqaüdçüsü, Mədəniyyət və İncəsənət Universetinin professoru, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisası Afaq Bəşirqızının 63 yaşı tamam olur.

Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub.

İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb.1975 -ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb.Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun «Bəxt üzüyü» tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indi kiAzərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bugünə kimi həmin teatrda çalışır.Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib.Azərbaycan Televiziyasında hazırlanmış Anarın «Evləri köndələn yar» (Darçınbəyim), Vaqif Səmədoğlu «Yaşıl eynəkli adam»(Zəhra), Əli Əmirlinin «Bala başa bəla»(Suğra), Məcnun Vahidov «Yarımştat»(Ayna), Aqşin Babayevin «Nekroloq»(Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xaraktirli rollar və vəəə «Afaq gülür güldürür» şousunda müxtəlif obrazlar yaradıb.Azərbaycan filmin istehsalı olan Bəxt üzüyü Söylü rolunda və Mozalan Satirik Kinojurnalında “Uşaq bağçası”,”Ət kombinatında”,”Xaricdə belə deyil”,”Belə də olur” nömrələrinin süjetlərində çıxış edib.

Afaq Bəşirqızı daxilən çoşqun,romantik,ehtiraslı aktrisadır.Məhz bu cəhətdən onun müəyyən rollarının ictimai tutumunu dəyərləndirir. A.Bəşirqızı milli xalq oyun-tamaşalarının estetik prinsiplərini dərindən duyan, milli gülüş mədəniyyətinin ruhun öz oyunda parlaqlıqla təcəssüm etdirən qüdrətli sənətkardır.Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır. O, uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışıb və həmin Universitetin professor elmi adına layiq görülüb.


Afaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib,17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti,1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına.1993-cü ildə və 2003-cü ildə «Qızıl Dərviş» mükafatına layiq görülüb.Uzun illər Prezident mükafatına layiq görülüb.2013-cü ildə "Şöhrət” ordeni ilə təltif olunub, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub.13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.

Aktrisa gözəl günü münasibətilə Metbuat.az gününü gözəl keçiridiyini bildirdi:

“ Təbrikiniz üçün təşəkkür edirəm. Allaha şükürlər olsun. Hər şey yaxşıdır, hər şey gözəldir. Keçirdiyim illərin heç nəyindən narazı deyiləm. İnsan ömrü boyu bütün arzuladıqlarına çata bilmir. Elə həyatın marağı da ondadır ki, səndə yeni bir arzu yaranır. Və həmin arzuya çatmaq üçün səndə həvəs yaranır. Bu gözəl günümdə hamı: yaxınlar, dostlar, qohumlar yanımdadır. Onlarla bərabər keçirirəm. Ətrafım, çevrəm, nəvələrim yanımdadır. Mənim elə xarakterim var ki, sabahıma zəmanət verməyən insanam. İnşallah nəvələrim arasında aktyor yaxud aktrisanın çıxmasını da zaman göstərəcək.”

İntihar edən azərbaycanlı məşhurlar - SİYAHI - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR