Turun son oyununda "Kristal Palas" və "Liverpul" üz-üzə gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun qonaqların qələbəsi ilə yekunlaşıb (0:2).

Matçda hesab birinci hissənin son dəqiqəsində açılıb. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsindən sonra Ceyms Milner şansını boşa verməyib. Qarşılaşmanın 75-ci dəqiqəsində hakim "Kristal Palas" klubunun müdafiəçisi Van-Bissakaya qırmızı kart göstərərək meydandan kənarlaşdırıb. Oyunda son nöqtəni "Liverpul" klubunun seneqallı oyunçusu Sadio Mane qoyub. Qapıçı ilə təkbətək qalan hücumçu adını tabloya yazdırıb - 0:2. Beləliklə, "Liverpul" klubu Premyer-Liqada ardıcıl ikinci dəfə qələbə qazanıb.

Növbəti turda "Liverpul" "Brayton"la, "Kristal Palas" isə "Uotford" klubu ilə qarşılaşacaq.

Milli.Az