Podiumlarda dəri rəngini qürurla daşıyan və qaranlığın kraliçası olaraq tanınan bir çox model var.
Bu modellərin heyran kütləsi daha da artır. Metbuat.az podiumların bir-birindən gözəl qara dərili modellərini təqdim edir.
Aleks Vek- Sudan əsilli ingilis model 90-cı illərdən bugünə qədər uğurlu kariyerasını davam etdirir. Ən qabaqcıl moda evlərinin podiumlarında yer alıb.
Ajak Deng- Sudan əsilli avstraliyalı model podiumların ən cazibədar qaradərili top modellərdən biridir. Fotogenikliyi ilə bir çox moda çəkilişinin sevimlisidir.
Cessika Vayt – fərqli gözəlliyi ilədiqqət çəkən Cessika 13 yaşından modelliklə məşğul olur.
Khoudia Diop-seneqallı model digər modellərdən daha fərqlidir. O, dünyanın ən tünd dərili modelidir.
Nyakim Gadvech-qaranlığın kraliçası olaraq tanınan model hər kəs tərəfindən sevilir.