Türkiyənin "Bursaspor" klubu heyətini yeni futolçu ilə gücləndirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi "Nyukasl"dan Anri Seveni 1 illik icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat verib.

Seneqallı yarımmüdafiəçi son olaraq "Sivasspor" klubunda icarədə olub.

27 yaşlı futbolçu "Bursaspor"un "Konyaspor"a qarşı oynayacağı liqa oyununda iştirak edə biləcək.

Seve karyerası ərzində "Bordo", "Sent-Etyen", "Nyukasl" kimi klublarda forma geyinib.

Milli.Az