Hansı yazılar media nümayəndələrində qıcığa səbəb olur?

Müasir dövr mediasında hansı tip yazılar media nümayəndələrində qıcığa səbəb olur?

Sualla bağlı Metbuat.az-a açıqlama verən “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə bildirib ki, əsası olmayan, sensassion xarakterli, yalan, dəqiq olmayan məlumatlar, insanın şərəf və ləyaqətini alçatmağa cəhd olunan yazılar qıcığa səbəb olur:

“Oxucunu aldatmağa, çaşdırmağa cəhdin, eyni zamanda mənbəyi göstərilməyən hansısa informasiyanın verilməsi təbii ki, məni düşündürür. Hesab edirəm ki, bu da yolverilməz hallardan biridir”.

Publisist, teleaparıcı İlham Tumas açıqlamasında qeyd edib ki, mətbuatımızın ən böyük problemi haradan gəldiyi məlum olmayan sifarişli yazılardır:

“Müasir mətbuatda məni ən çox qıcıqlandıran məsələ sifarişli yazılar və qeyri-peşəkarlıqdır. Amma ən ağırı sifarişli yazılardır. Qeyri-peşəkar yazıları bağışlamaq olar, sifarişli yazıları isə yox. Yaxşı olub-olmamasından asılı olmayaraq, sifarişli yazılar məni qıcıqlandırır. Bu yazılar mətbuat deyil, iqtisadi, siyasi sabotajdır”.

Publika.az saytının Baş redaktoru Bəxtiyar Əlirzayev isə əlavə edib ki, problem eynilikdədir:

“Bu gün jurnalistlərin böyük bir qismi onlayn mediada çalışır. Bir neçə il öncə onlayn media ciddi qarşılanmırdı, amma indi ictimai fikrə ən çox təsir edən KİV-in məhz bu sektorudur. Saytlarda mədəni, tarixi, ədəbi, siyasi, iqtisadi təhlillərə, xəbərlərə, reportajlara bütün TV-lərdən və qəzetlərdən daha çox yer verilir. İnanıram ki, yaxın gələcəkdə digər media sahələri kimi bu sahəyə da hökumətimiz tərəfindən maliyyə dəstəyi ayrılacaq. Bu məsləni Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da bir neçə dəfə gündəmə gətirib. Müsahibələrində də, parlamentdəki çıxışlarında da. Fakt budur ki, TV-ləri çıxmaqla, digər media qurumları reklam məsələsində çox çətinlik çəkirlər. Saytlarda reklam vermək digər media qurumlardan daha effektli, tez nəticə verən olsa da, reklamvericilər buna biganə yanaşırlar. Xəbər saytlarında reklamın qalıcı olduğunu bilsələr də, bu həqiqət nəyisə dəyişmir. Bu vəziyyət onlayn mediaya həqiqətən pis təsir edir. Texniki vasitələrin yenilənməsi, daha keyfiyyətli xəbər istehsalı, hazırlanan materialların dünyaya müxtəlif dillərdə təqdimatı işlərində ciddi problemlər yaşanır. Düşünürəm ki, dövlətimiz medianın digər sahələrinə uzatdığı kömək əlini onlayn mediaya da uzadacaq.

Yaradıcılıq tərəfinə gəldikdə isə... Ən ciddi problem kimi eyniliyi görürəm. Ölkədə əksər saytların xəbər lentini eyni xəbərlər tutur. Biri fərqli material hazırlayan kimi, digərləri də onu verir və problem daha da dərinləşir. Yəni hazırda durum belədir: Bir sayt aç, iki-üç nəfəri işə götür, harada maraqlı material görsələr, qoysunlar sayta. Rəsmi qurumlardan gələn xəbərləri isə öz adlarına versinlər. Başa düşürəm, bunu bir çoxu məcburiyyətdən edir. Amma əvvəl-axır bu problem necəsə həll edilməlidir. Bir də bu cür saytların baş redaktorları anlamalıdırlar ki, bütün xəbərləri vermək önəmli deyil. Əsas iş fərqli xəbəri və ya materialı hazırlayıb, onu ustalıqla cəmiyyətə təqdim etməkdir. Günə 300 yerinə, 30 xəbər də qoyub, mükəmməl media qurumuna sahib olmaq olar”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Rus rublu yenidən UCUZLAŞIR - Azərbaycana təsiri / ŞƏRH - TIKLAYIN! - TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR