Sosial media qısqanclığı ölümlə bitdi -

İstanbulda 85 yaşlı kişi sosial mediaya görə arvadını ürəyindən bıçaqlayaraq öldürüb.

Metbuat.az Türkiyə KİV-nə istinadla bildirir ki, hadisə Yeniköy Orta Sokak adlanan ərazidə baş verib. Bilal.A ilə həyat yoldaşı Əsma.A cütlüyü Almaniyada yaşayıb. Cütlük istirahət üçün İstanbula gəlib. Sosial media səbəbi ilə cütlük arasında mübahisə çıxıb. Mübahisə davaya çevrilincə Bilal.A mətbəxdən aldığı bıçaqla həyat yoldaşını ürəyindən bıçaqlayıb, özü isə biləklərini kəsərək intihar etməyə çalışıb. Xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Bilal.A isə müalicəsinin ardından ifadəsi alınmaq üçün polis idarəsinə aparılıb.

O, ifadəsində arvadı ilə sosial mediaya görə mübahisə etdiyini bildirib:

"Həyat yoldaşım sosial mediada başqaları ilə yazışdığımı düşünürdü. Bu səbəblə tez-tez mübahisələrimiz olurdu. Sonunda mənə evi tərk et, artıq sənə güvənmirəm dedi. Mən də əsəbimdən onu bıçaqladım".

Polis faktla bağlı araşdırma başladıb.

Ayağında döyənək olanlar MÜTLƏQ OXUSUN - XALQ TƏBABƏTİ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR