Dünyanın ən xoşbəxt ölkələri

Dünyanın ən xoşbəxt ölkələri
15:11 24 Aprel 2015
168 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın ən xoşbəxt ölkələrinin reytinqini açıqlanıb.

ANS PRESS-in məlumatına görə, adam başına düşən ümumi daxili məhsul, korrupsiya səviyyəsi və azadlıqlar kimi məlumatlara əsaslanaraq hazırlanan siyahıda ilk pilləni İsveçrə tutub. İsveçrəni az bir fərqlə İslandiya, Danimarka, Norveç və Kanada izləyir.

Siyahıda ABŞ 15-ci, İngiltərə 21-ci, Fransa isə 29-cu sırada özünə yer tapıb. Dünyanın ən "bədbəxt" ölkələri isə Toqo, Burundi, Suriya, Benin və Ruandadır.

158 ölkənin adının yer aldığı siyahıda Türkiyə 76-cı sırada qərarlaşıb. Hesabat 2012-2014-cü illər arasındakı məlumatları əhatə edir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatında dünyanın ən xoşbəxt ölkələrinin reytinq cədvəlini alimlər, hökumət və özəl sektor nümayəndələrindən ibarət bir qrup müəyyənləşdirir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=340187

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR