Bir il öncə salınan asfalt örtüyü artıq yararsız vəziyyətdədir.

Metbuat.az bildirir ki, sözügedən problem Abşeron rayonu, Masazır qəsəbəsi, Hüseyn Arif küçəsində qeydə alınıb. Sakinlərin sözlərinə görə, bir il öncə küçəyə çəkilən asfalt örtüyünün ömrü uzun çəkməyib. İşlər tamamlandıqdan 5-6 ay sonra yol sıradan çıxmağa başlayıb. Bir il keçmədən isə yol yarasız vəziyyətə düşüb.

Problemlə bağlı Masazır Bələdiyyəsiylə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı.

Məsələ diqqətimizdədir...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəyalə Məmmədova / METBUAT.AZ

Yeni salınan yol 1 ildən sonra belə oldu

Yeni salınan yol 1 ildən sonra belə oldu

Yeni salınan yol 1 ildən sonra belə oldu