İndoneziyada içərisində 188 nəfərin olduğu sərnişin təyyarəsinin qəzaya düşdüyü anın görüntüləri yayılıb.

Metbuat.az xarici KİV-ə istinadla bildirib ki, təyyarənin içərisindən çəkilən görüntülərdə sərnişinlərin şəhadət və təkbir gətirərək qışqırdıqları eşidilir.

Son məlumata görə, xilaetmə briqadası 6 nəfərin meyitini dənizdən çıxarıb. Təyyarədə 2-si uşaq olmaqla 188 nəfər olub.

Təyyarənin pilotunun Hindistan vətəndaşı olduğu məlum olub.

Təyyarənin qalıqlarına Qərbi Yava əyalətinin Karavanq bölgəsində rast gəlinib.

Hazırda, balıqçılar da daxil olmaqla 300 nəfər xilasedici axtarış tədbirlərini davam etdirir.

Aysel Yaqubqızı / Metbuat.az

"Qayıdın evlərinizə, sizi qəbul etmirik!" - Trampdan miqrantlara / FOTOLAR