Üç şagirdə 1 kitab verilir?/ İDDİA

Tovuz rayonu Sahib İskəndərov adına Əyyublu kənd tam orta məktəbi ilə bağlı saytımıza müraciət daxil olub.

Adının açıqlanmasını istəməyən valideyn müraciətində bildirib ki, guya sözügedən məktəbdə dərslik problemi yaşanır. İddiaya görə, məktəbin 5-ci sinif şagirdlərinin hər üç nəfərinə 1 ingilis dili kitabı verilib. Rus dili kitabı isə 5-ci siniflər üçün demək olar ki tapılmır.

Məsələylə bağlı Sahib İskəndərov adına Əyyublu kənd tam orta məktəbi ilə əlaqə saxladıq. Məktəbin direktoru Nizami Məmmədov Metbuat.az-a açıqlamasında qeyd edib ki, məktəbdə ingilis dili kitabları ilə bağlı heç bir porblem yoxdur:

"Bizdə ingilis dili kitabları artıqlamasıyladır, hamıya da çatır. Rus dili kitabı isə ikinci xarici dil kimi tədris olunduğundan kitab sayı çatışmır. Lakin ingilis dili kitabı hamıda var”.

Məsələ diqqətimizdədir...

Xəyalə Məmmədova / METBUAT.AZ

Xırdalana METRO xətti nə vaxt çəkiləcək? – AÇIQLAMA – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR