"Burdan min atlı keçdi" tamaşası nümayiş olunub (FOTO)

"Burdan min atlı keçdi" tamaşası nümayiş olunub (FOTO)
13:18 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Binəqədi Rayon İcra Hakimiyyəti və “İrəvan” Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə şair-dramaturq Hidayət Orucovun “Burdan min atlı keçdi” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunub.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tamaşa Binəqədi Rayon İcra Hakimiyyətinın başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin 2015-ci il üçün təsdiq edilmiş iş planının 41-ci bəndinə uyğun olaraq “Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” istiqamətində ilk tədbir olaraq təşkil edilib.

Akademik Milli Dram Teatrında tamaşanı izləyənlərin sırasında əsərin müəllifi şair-dramaturq Hidayət Orucov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkilləri Nizami Cəfərov, Gülçöhrə Məmmədova, AMEA-nın vitse-prezidenti, professor İsa Həbibbəyli, rayon icra strukturlarının rəhbərləri, ictimai birliklər, media nümayəndələri, məktəblilər və rayon ictimaiyyəti olub.

Tamaşa XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədi ilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ulu öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir.

Tamaşada Ulu Öndərin Azərbaycan qarşısında şərəfli missiyasını layiqincə yerinə yetirən lider kimi səciyyələndirilib, bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyini bildirilib. Zamanın çətin sınaqları ilə üzləşən Azərbaycan xalqını parçalanmaqdan, xaosdan xilas edib inkişaf mərhələsinə çatdıran Ümummilli Lider Heydər Əliyevi Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi xarakterizə edilib.

Səhnə əsərində “İrəvan” teatrının aktyorları rol alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2352598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR