"Monako" klubunun prezidenti, rusiyalı milyarder Dmitri Rıbolovlev saxlanılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Monakonun sorğusu əsasında saxlanılan biznesmen korrupsiya əməllərində və nüfuz alverində ittiham olunur.

Bildirilir ki, Rıbolovlev UEFA Çempionlar Liqasının "Monako" - "Brüqqe" oyunu öncəsi tutulub.

Hazırda onun Monakodakı evində axtarış aparılır.

Milli.Az