Kanadalı müğənni Castin Biber amerikalı model və teleaparıcı Heyli Bolduinlə ailə həyatı qurduğunu bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Biberin "həyat yoldaşım çox gözəldir" yazaraq "Instagram" səhifəsində yerləşdirdiyi fotoda gülümsəyən sevgililər əl-ələ tutublar.

Model artıq sosial şəbəkədə soyadını dəyişib və Heyli Biber edib.

Xatırladaq ki, daha əvvəl cütlüyün gizli evləndiyi barədə məlumat yayılmışdı, lakin özlərindən hər hansı bir açıqlama verilməmişdi.

Milli.Az