Qazın təzyiqi günün hansı saatlarında AZALIR?

Təbii qazın verilişinin təzyiqi günün saatlarına görə artıb-azaldılırmı?

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev Metbuat.az-a açıqlamasında bildirib ki, tələbat artıqca, qazın verilişi də artır:

“Əməkdaşlarımız tərəfindən qaz xətləri üzərində quraşdırılan qəztənzimləyici qurğular vasitəsiylə tənzimləmə işləri aparılır. Qazın azalması halı baş verərsə, “Azəriqaz” İstehsalat Birliyinin “Çağrı mərkəzi”nə müraciət oluna bilər. Əməkdaşlarımız tərəfindən məsələyə yerində baxılır. Qazın təzyiqi günün saatlarına uyğun artıb-azalmır, tələbə uyğun dəyişir”.

Qeyd edək ki, vətəndaşlar təbii qazın verilişi ilə bağlı problemlə qarşılaşan zaman “Azəriqaz” İstehsalat Birliyinin “104” və 106” çağrı mərkəzlərinə zəng edə bilərlər.

Xəyalə Məmmədova / METBUAT.AZ

“Biz bu günə başımız daşdan-daşa dəyərək gəlmişik” - Kənan Quluzadəylə MÜSAHİBƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR