Kənar dairəvi yolda qəza

Bakıda Kənar dairəvi yolda qəza baş verib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, noyabrın 19-da saat 23 radələrində Qaradağ rayonu ərazisində - Kənar dairəvi yolda Bakı şəhər sakini Sabir Vəliyev idarə etdiyi “Chevrolet” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Zaur Əliyevin idarə etdiyi “DAF” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə S.Vəliyevin sərnişini, arvadı Gülgəz hadisə yerində ölüb.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

21 yaşlı oğlan dağıntılar altından belə xilas edildi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR