"Qalatasaray"ın keçmiş futbolçusu Bufetimbi Qomis "Fənərbağça"ya transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu "instaqram" səhifəsində etdiyi paylaşımla bu xəbərləri təkzib edib: "Mən danışılan söz-söhbətlərdən qürur duyuram, xoşbəxtəm, amma aslan həmişə evində - Aslantəpədə qalacaq. Çox təəssüf edirəm, Aslanlar uça bilməz".

Qeyd edək ki, Seneqal əsilli fransalı futbolçu ötən mövsümün sonunda "Qalatasaray"dan Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna transfer olunub.

Milli.Az