49 yaşlı Malayziya kralı Məhəmmədin təmtəraqlı toyu baş tutub.

Metbuat.az xəbər verir ki, kral, 25 yaşlı “Miss Moskva 2015” gözəli olan rusiyalı model Oksana Voevodina ilə dünya evinə girib. Oksana toyunda ağ gəlinlik, Məhəmməd isə ölkənin milli libasını geyinib. Əldə edilən məlumata görə, toyda spirtli içki verilməsi qadağan edilib və qonaqlara yalnız halal məhsulların istifadə olunduğu yeməklər təqdim olunub.“Barvikha Concert Hall”da baş tutan el məclisindən fotolar sosial şəbəkələrə sızdırılıb.

Nəzərinizə çatdıraq ki, Oksana yarım il əvvəl müsəlmanlığı qəbul edib və adını dəyişərək Rihana qoyub. Lakin o, şahzadə titulunu ala bilməyəcək. Buna səbəb isə tacın yalnız əslən Malayziyadan olan birinə verilməsidir. Onu da qeyd edək ki, bu kral Məhəmmədin ikinci evliliyidir. Belə ki, o, V kral ailəsinin üzvlərindən biri ilə ailəli olub və 2008-ci ildə boşanıb.

Rəşad Əliyev / Metbuat.az