Hündürmərtəbəli binalarda QAZ PROBLEMİ

“Azəriqaz” İstehsalat Birliyinə tez-tez ünvanlanan suallardan biri də hündürmərtəbəli binalara təbii qazın verilməsinin necə həyata keçirilməsidir.

Sualla bağlı qurumdan verilən açıqlamada bildirilir:

“Hündürmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi “Azəriqaz” İB və müvafiq dövlət qurumları ilə razılaşdırılmış layihə sənədləri əsasında MTK-nın sifarişi ilə xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. Belə ki, tikinti təşkilatları tərəfindən razılaşdırılmış layihəyə, “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə qaydalarının”, eləcədə qüvvədə olan Tikinti Norma və Qaydalarının tələblərinə uyğun tikinti - quraşdırma işləri aparılır və texniki - icra sənədləri tərtib olunur. Bundan sonra MTK-nın rəhbərliyi tərəfindən qaz şəbəkəsinin istismara qəbul kоmissiyаsının аktı, qаz təchizаtı ilə bаğlı tехniki-icrа və digər zəruri sənədlər tаm şəkildə “Аzəriqаz” İstеhsаlаt Birliyinə təqdim оlunduqdаn, “Azəriqaz” İB-nin müvafiq struktur bölməsi tərəfindən qaz şəbəkəsinə yerində baxış keçirildikdən və irad olmadıqda dislokasiya siyahısı üzrə mənzillərə təbii qazın verilməsinə icazə verildikdən, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа mənzillərə təbii qаzın açılışı təmin edilir”.

Bəs fərdi yaşayış evinin qazlaşdırılması və sayğacın quraşdırılması kim tərəfindən icra olunur?

Qurumdan verilən məlumata əsasən, “Azəriqaz” İstehsalat Birliyinin səhifəsində ( http://azeriqaz104.az/az ) yerləşən “Yeni abonent olmaq istəyirsinizmi?” bölməsindən “Fərdi yaşyış evlərinin qazlaşdırılması haqqında məlumat” hissəsindən ətraflı informasiya əldə etmək olur.

Spirtli içki içib, sükan arxasına keçən SÜRÜCÜLƏRƏ – XƏBƏRDARLIQ – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR