"Ərazidə taksi var" YALANI

Bu gün bəzi taksi xidmətləri daha çox pul qazanmaq üçün müştərilərə yalan məlumat verir.

Məsələn, operator “Ərazidə taksi var, 5-10 dəqiqəyə sizə yaxınlaşacaq” – deyir, lakin yarım saat keçməsinə rəğmən sürücü gəlmir. Taksi gələndən sonra məlum olur ki, operator yalan danışıb. Bu cür hallarla qarşılaşan sərnişinlərin hüquqları necə müdafiə oluna bilər?

Hüquqşünas Tağı Hüseynov Metbuat.az-a açıqlamasında qeyd edib ki, belə olan halda sərnişinin mənəvi zərərlə bağlı iddia qaldırması çox çətindir:

“Çünki iddiaçı mənəvi ziyan almasını əsaslandırmalıdır. Azərbaycan məhkəmə praktikasında bunlar istifadə olunmur, həyata da keçiriləndə, nəticə vermir. Onların inzibati şəkildə cəzalandırılmasıysa bağlı səlahiyyətli qurum nə isə edə bilər.

Eyni anda taksi şirkətinə 500 adam zəng edə bilər. Lakin həmin anda deyilən yerdə olması çətin məsələdir. Sadəcə müştəriləri aldatmaq olmaz. O xidmətdə başqa bir problem yoxdur”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Metbuat.az-a açıqlamasında qeyd edib ki, qeyd olunan problemlərlə bağlı Agentliyə müraciətlər daxil olur:

“Taksi xidməti sahəsində nizamın yaradılması, vətəndaşların daha keyfiyyətli, müasir taksi xidmətlərindən istifadəsini təmin etmək üçün layihələr üzərində iş aparılır, beynəlxalq təcrübə öyrənilir. Eyni zamanda, yerli amillər nəzərə alınmaqla müxtəlif variantlar üzərində iş aparılır. Ən uyğun olanı Bakı şəhər üzrə tədbiq ediləcək. Bakı Nəqliyyat Agentliyinin əsas məqsədi taksi xidməti sahəsində keyfiyyətli xidmətin göstərilməsini təmin etməkdir. Hazırda bəzi taksi xidmətlərinin gediş haqqında kifayət qədər azalma var. Gediş haqlarının azlamasıyla bağlı hər hansı problem müşahidə olunmur. Lakin qeyd etdiyiniz məsələylə bağlı Agentliyə müraciətlər daxil olur. Sürücülər ya küçələri yaxşı tanımırlar, ya da sərnişinlərlə bağlı etik məsələlərə əməl etmirlər. Qeyd etmək istəyirəm ki, bu cür hallar çoxluq təşkil etmir. Yaxşı olardı ki, bu cür şikayətlər daxil olmasın. Buna da nail olmaq üçün Agentlik tərəfindən işlər aparılır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Hündürmərtəbəli binalarda QAZ PROBLEMİ - Bu cür həll olunur – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR