Məşhur kanadalı müğənni Castin Biber yeni ailə qurduğu xanımı Heyli Bolduinlə birlikdə Şükranlıq Gününü ailəvi qeyd edib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, bayram yeməyində Castinin valideynləri ilə Heylinin atası, aktyor Stiven Bolduin iştirak ediblər.

Bayram H.Bolduinin 22-ci ad günü ilə üst-üstə düşüb.

Ailəvi yemək Castin Biberin Kanadanın Ontario vilayətindəki evində olub. Bu ev göl kənarında, 1000 hektarlıq ərazidədir. Evin sahəsi 2700 kvadrat metrdir.

Castin Biber və Heyli Bolduin sentyabr ayında Nyu-Yorkda evləniblər.

Milli.Az