​Qida sahəsində çalışan SAHİBKARLARIN NƏZƏRİNƏ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hansı regionlarda və hansı sahələr üzrə yoxlamalar aparır?

Metbuat.az-ın sorğusuna cavab olaraq Agentlik bildirir:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri də daxil olmaqla Respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə plandankənar (növbədənkənar) yoxlamalar aparılır. Dövlət nəzarət tədbirləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında qeyd olunan Agentliyin fəaliyyət istiqamələrinə uyğun olaraq həyata keçirilir.

Bununla yanaşı, 2019-cu ildə Agentlik tərəfindən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində planlı yoxlamaların həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Agentlik qida təhlükəsizliyi sahəsində mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirir.

Xəyalə Məmmədova / METBUAT.AZ

Erməni qadınlar kişisizlikdən əziyət çəkir - Ölkədə KİŞİ QITLIĞI var / Video – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR