Qəbizliyə son qoyan QARIŞIM

Qəbizlik insanı narahat edən sağlamlıq problemlərindəndir.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bağırsağın fəaliyyəti zəiflədiyi zaman həzm problemləri meydana çıxır. Qəbizliklə yanaşı meydana gələn qaz və qarın ağrısı da insanların həyatını kabusa çevirir. Evdə təbii üsullarla hazırladığınız bu qarışıqla qəbizlikdən xilas ola bilərsiniz.

Qarışımın tərkibi:

10 ədəd alça qurusu

Bir ədəd limonun suyu

1/2 stəkan su

Hazırlanmasına gəldikdə, quru alça və limon suyunu mikserlə 3 dəqiqə qarışdırın. Daha sonra su əlavə edib qarışdırmağa davam edin. Səhər yeməyindən yarım saat əvvəl 3, axşam yeməyindən əvvəl isə 2 yemək qaşığı için. Alça qarışığını şüşə qabda saxlayın.

Aysel Yaqubqızı / Metbuat.az

ATU “Web of Science Azerbaijan-2018” mükafatına layiq görülüb - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı