"Dini qurumlar və sosial media" mövzusunda konfrans keçirilir

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dini qurumlar və sosial media" mövzusunda konfrans keçirilir.

Metbuat.az-ın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurasının rəhbərliyi, milliət vəkilləri və media nümayəndələri iştirak edir.

DQİDK sədri Mübariz Qurbanlı "Dini qurumlar və sosial media" mövzusunda təqdimatla çıxış edib. Konfrans davam edir.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR