Həyatınızı dəyişdirəcək ibrətamiz hekayə

Carret Adams 17 yaşında olarkən 3 dostu ilə birlikdə Heidi Sheids adlı qıza təcavüz etməsi səbəbi ilə həbs olunub.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, daha əvvəl heç həbs olunmamış Adams günahsız olduğunu bilirdi. Həqiqətin ortaya çıxmasını ümid edən gənc vəkil tuta bilmədiyi üçün 28 il həbsə məhkum olunub. Vəkil tutan digər dostları isə bəraət qazanıb.

Adams illərlə hüquq kitabxanasında çalışmış və minlərlə məhkəmə sənədləri oxumuş olan yaşlı bir adamla eyni hücrədə qalıb. Günahsız olduğunu sübu etməyə çalışan Adams hücrəsindəki yaşlı adamın köməyi ilə hüquq kitabları oxumağa başlayıb. Hücrə yoldaşı da onun günahsız olduğunu bilir və Adamsın həbs yatma qərarını tamamilə irqçilik olaraq görürdü.

Adams ədalətsiz qərarlar üzündən hökm yeyən məhkumların haqlarını müdafiə etmək məqsədilə “Viskonsin günahsızlıq layihəsi” quruluşunun vəkillərindən Keyt Findleyllə əlaqəyə keçib. Vəkil Findley əvvəlcə bu işin çətin olduğunu görsə də oxuduğu kitablarla cinayət işi haqqında təcrübə qazanan Adamsın köməyi ilə məhkəmə işini təmizə çəkməyə nail olub. Adams 2007-ci ildə azad olunub. 2015-ci ildə hüquq fakültəsini bitirən məhkəməsi müddətində ona kömək edən vəkil Findley özünün heç bir şey etmədiyini, Adamsı öz hüquqi təcrübəsinin xilas etdiyini bildirib.

Adams özü kimi təcavüz səbəbilə mühakimə olunan bir məhkumun günahsız olduğunu sübut edib.

Suçsuz Olduğunu Kanıtlayabilecek Bir Avukat Tutamadı, Hapiste Okuduğu Kitaplarla Kendi Avukatı Oldu!


https://metbuat.az/news/1098834/30-il-emeliyyat-ol...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR