DYP polkovnikinə “Şəms” milli mükafatı verildi

Mükafat Cümhuriyyətin 100 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilib

Dünən Akademik Milli Dram Teatrında “E – Media Gproup” şirkəti “Şəms” milli mükafatını təqdim edib. Avtosfer.az xəbər verir ki, mükafat Azərbaycan Cümhuriyyətinin 100 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilib. Mərasimdə mükafatlandırılanlar arasında xalq artisti Flora Kərimova, millət vəkili Fazil Mustafa, Qarabag qaziləri, iş adamlar, mədəniyyət və incəsənət işçiləri, televiziya aparıcıları da olub. Bundan başqa, Bakı şəhər DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədova da “Şəms” milli mükafatı təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR