Elman Nəsirov Milli Məclisinin "Parlament" medalı ilə təltif olunub

“Artıq 2018-ci il tarixə çevrilməkdədir. Hər ilin sonunda hər bir insan kimi, mən də özüm-özümə bir hesabat verirem. Nəyi düz etdim, nədə yanıldım...Bütövlükdə il mənim üçün uğurlu oldu. Bir sıra mükafatlar qazandım”.

Metbuat.az-ın məlumatına görə, bunu millət vəkili, politoloq Elman Nəsirov bildirib. Deputat bildirib ki, bu il Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı ilə təltif olunub: “Onlayn sorğu nəticəsində "İlin fəal deputatı" nominasiyasında qaliblərdən oldum, fəal ictimai-siyasi fəaliyyətimə görə "Şəms Milli Mükafatı"na layiq görüldüm. Bu gün, dekabrın 28-də isə həmkarlarımla yanaşı, mən də Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalı ilə təltif olundum. Mən bütün bu uğurları əməyimə verilən yüksək qiymət kimi dəyərləndirir, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanı dünya miqyasında bir sabitlik və təhlükəsizlik adasına çevirmişdir. Hər birimiz bu misilsiz və tarix nailiyyətimizi göz bəbəyi kimi qorumalıyıq. Möhtəşəm uğurlarımızdan yuxusuna haram qatılan bədxahların, milli dönük və satqınların çirkin niyyətləri həmişə olduğu kimi bundan sonra da ürəklərində qalmalıdır. Bu reallıqda hakimiyyət-xalq birliyi daha da güclənməlidir. "Sapı özümüzdən olan baltalar" ictimai qınaq obyekti olmalıdırlar. Onların salamını belə almamalı, toylarına və yas mərasimlərinə gedilməməlidir. Milli dönük və satqınların aqibəti məhz belə olmalıdır. Onlar bir yalquzaq həyatı yaşamalıdırlar.

Əziz döstlar, fürsətdən istifadə edib, hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2019-cu ilin gəlişi münasibətilə ürəkdən təbrik edirəm. Çöhrənizdən təbəssüm əskik olmasın. Sevinəsiz, sevindirəsiz. Ulu öndər Heydər Əliyevin xalqımıza ünvanlanmış bu gözəl, bənzərsiz və orijinal fikirləri ilə təbrikimi yekunlaşdırıram: "Qoy çaylarımız qurumasın, qoy ağaclarımız kəsilməsin, çırağımız sönməsin.”"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR