Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 6 otaqlı evin damında tikilmiş taxta konstruksiyadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları 10 m² sahədə yanıb.
FHN-dən Metbuat.az-a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İstirahət günü hava belə olacaq - Proqnoz açıqlandı – TIKLAYIN!