Şağanda avtomobil 64 yaşlı piyadanı vurdu

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, ötən gecə saat 23:30 radələrində Şağan qəsəbəsində avtomobil yaşlı kişini vurub. Hadisə nəticəsində xəsarət alan piyada 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan Trend-ə bildiriblər ki, xəsarət alan şəxs 1955-ci il təvəllüdlü Natiq Kamil oğlu Məmmədovdur.

Qeyd olunub ki, bədəninin müxtəlif nahiyələri əzilsə də, həyatı üçün heç bir təhlükə yoxdur və müayinədən sonra evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR