2018-ci ildə Türkiyədə qaçaqmalçılığa qarşı 832 əməliyyat keçirilib.
Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, əməliyyatlar çərçivəsində 2,194 min nəfər saxlanılıb, onlardan 317-si həbs olunub.
Ölkədə yanacaq, tarixi əşyalar və alkoqol qaçaqmalçılığı daha geniş yayılıb.
2018-ci ildə Türkiyədə gömrükçülər qaçaqmalçılardan 23 min mobil telefon, 20 min tarixi əşya, 8,817 kiloqram qızıl müsadirə ediblər.
Ötən il qanunsuz olaraq ölkəyə gətirilən və ya çıxarılan əşyaların ümumi dəyəri 69,9 milyon lirə olub.