"Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo "Globe Soccer Awards"un versiyasına görə 2018-ci ilin ən yaxşı futbolçusu adına laiq görülüb.
Metbuat.az-ın məlumatına görə, mükafatlandırma mərasimi Dubayda keçirilib. Qeyd edək ki, futbolçu bu mükafatı sayca beşinci dəfə alır, bu da rekord göstəricidir.
Mərasimdə həmçinin bir neçə başqa nominasiya üzrə də mükafatlar verilib:
"Ən yaxşı məşqçi karyerası" - Fabio Kapello
"İlin ən yaxşı qolu" - Ronaldonun ÇL-nın 1/4 finalında "Yuventus"un qapısına vurduğu qol
"İlin futbol klubu" - "Atletiko Madrid"