15 yaşlı Cordny Valker adlı qadın ailəsi ilə səyahətə çıxdığı zaman həyatı kabusa çevrilib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, həkimlərin belə səbəbini heç cür tapmadığı xəstəliyin pəncəsinə düşən gənc qız son olaraq görmə qabiliyyətini itirib.
Gənc qızın xəstəliyi 2017-ci ildə çıxdığı tətildə qanlı nəcis və mədə ağrıları ilə başlayıb. Həkimə müraciət edən gənc qıza adi infeksiyaya yoluxduğu və qorxulu bir şey olmadığı deyilib. Amma Valker zamanla dad və qoxu alma qabilliyyətlərini itirib.
Qorxuya düşən gənc qız yenidən həkimə müraciət edib, amma test nəticələri normal çıxıb.
Volkerin üzü getdikcə şişib qanamağa başlayıb və gənc qız görmə qabiliyyətini də tamamilə itirib. Minlərlə test edilsə də, bu sirli xəstəliyə diaqnoz qoyula bilməyib.
Qızın ailəsi xəstəxana xərclərini qarşılaya bilmədiyi üçün yardım səhifəsi açıb və 10 gündə 16 min dollara yaxın pul toplanıb. Sirli xəstəliyin pəncəsində olan Valkerin ailəsi tezliklə ona diaqnoz qoyulmasını və sağlamlığına qovuşmasını istəyir.