Türkiyənin Qaziantep şəhərində yaşayan Şimşek Korkmaz 11 il tekstil sahəsində çalışıb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, şirniyyatçılıq sahəsinə marağı olan Yılmaz doğulub, böyüdüyü Adana şəhərinə gələrək özünün icad etdiyi “Fıstıq bombası” adlı şirniyyat hazırlayaraq satmağa başlayıb.
Uşaqlığından bəri şirniyyatı çox sevdiyini deyən Şimşek Yılmaz 11 il boyunca Qaziantepdə boş zamanlarında şəhərdəki şirniyyatçı mağazaları gəzərək bütün şirniyyatların dadına baxdığını bildirib. Hardasa şəhərin bütün şirniyyatçılarında olan Yılmaz sonda özü də belə mağaza açmağa qərar verib.
Korkmazın xüsusi hazırladığı “Fıstıq bombası” şirniyyatı Adanada çox bəyənilib və gündə 1500-ə yaxın sifariş alır.