BMT Baş Assambleyası təşkilatın yaxın 3 ildə xərclərini bölüşdürüb. BMT-nin xəbərlər xidməti üzv ölkələrin təşkilatın büdcəsinə yeni ödənişi üzrə cədvəli açıqlayıb.
Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, qəbul edilmiş qərara uyğun olaraq ABŞ əvvəlki kimi maksimum həcmdə – BMT-nin bütün xərclərinin 22 faizi - ödəniş edəcək.
Uzun illərdən sonra Çin Yaponiyanı keçərək təşkilatın büdcəsinə ən çöx ödəniş edən ikinci ölkə (xərclərin 12 faizi) olub.
Hər bir ölkə BMT-nin xərclərinin müəyyən hissəsini ödəməlidir: iri ölkələr maksimum 22, kiçik ölkələr isə 0,01 faiz.
İri "sponsor"ların siyahısına Yaponiya (8,564 faiz), Almaniya (7) və Fransa da (4,427) daxildir. Rusiya 2,405 faiz ödənişlə 8-cı sıradadır.
Bu göstərici üzrə Gürcüstan (0,008 faiz ödəniş) və Ermənistan (0,007) BMT-nin ən yoxsul ölkələri hesab olunur.