Rusiya və İran Xəzər dənizində birgə hərbi təlimlər keçirəcək.
Metbuat.az xəbər verir ki, bu barədə İran ordusunun dəniz qüvvələrinin komandanı, admiral Hüseyn Hanzadi bildirib.
Onun sözlərinə görə, birgə təlimlər taktiki-xilasetmə və dəniz piratçılığına qarşı əməliyyatlardan ibarət olacaq. Hanzadi təlimlərin vaxtını açıqlamayıb.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla