Karaqandadakı etirazlar Paşinyanı dilə gətirdi

Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Qazaxıstanın Karaqanda vilayətində 23 yaşlı yerli sakinin ermənilər tərəfindən qətlə yetirilməsinə münasibət bildirib.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, məlum hadisədən sonra Karaqandada yerli sakinlərin ermənilərə qarşı keçirdiyi etiraz aksiyaları Paşinyanı ciddi narahat etməyə başlayıb. Bu səbəbdən o, cinayətin etnik zəmində baş vermədiyini deməklə, qəzəbli qazakları bir nöz sakitləşdirməyə cəhd edib.

"Hadisə etniklərarası xarakter daşıya bilməz. Münaqişə edən tərəflər monoetnik olmayıblar. Davaya təşəbbüs edənlər arasında etnik qazax da olub”, - Paşinyan açıqlamasında deyib.

Bundan əlavə, Paşinyan erməni KİV-lərini məlum hadisələrlə bağlı qeyri-dəqiq məlumatlar yaymamağa çağırıb.

Qeyd edək ki, Qazaxıstanın Karaqanda vilayətində restoranlardan birində Yeni il bayramını qeyd edən 23 yaşlı gənc qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxslərin hər üçü ermənidir. Qatillər əməliyyat zamanı tutularaq istintaqa təhvil verilib. Sözügedən qətl hadisəsi ölkədə böyük rezonans doğurub. Artıq bir neçə gündür ki, qazaxlar vilayətin mərkəzinə toplaşaraq aksiyalar keçirir, ermənilərin ölkədən qovulmasını tələb edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR