Akrtisa Deniz Çakır hicablı qadınları etdiyi təhqirlə son günlərdə Türkiyə mediasının gündəmindən düşmək bilmir. İnsanlar tərəfindən müxtəlif sözlər eşidən Dənizə bu dəfə prezidenti Rəcəb Tayyip Ərdoğan sərt sözlər ünvanlayıb.
Metbuat.az türk mətbuatına istinadən xəbər verir ki , prezident partiyasının bugünki yığıncağında çıxış edərkən aktrisanın gündəmdən düşməyən hərəkətini kəskin tənqid edib. "Bu ölkənin başı örtülü gənc qızlarına "Səudiyyə Ərəbistanına gedin" demək faşistliyin ən pik həddidir. Kimdir onu deyən, özü də aktrisa imiş... Bu ölkədə insanların həyat tərzi ilə məşğul olan CHP təfəkkürlüdür. AK Partiya tam əksinə, bu ölkədə həyat növlərini zəmanət altına alan siyasi təfəkkürdür.", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, iddia görə, Dəniz bir neçə gün öncə getdiyi bir kafedə 6 hicablı qadınla yaxınlaşaraq "Bura Ərəbistandır? Nə gəzirsiniz burada. Səudiyyə Ərəbistanına gedin" sözlərini deyib. Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama versə də, artıq İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb.