​"2018-ci ilin hesabat dövründə Dövlət Miqrasiya Xidmətində işə qəbulla bağlı iki elan verilib"

"2018-ci ilin hesabat dövründə Dövlət Miqrasiya Xidmətində işə qəbulla bağlı iki elan verilib".

Metbuat.az-ın məlumatına görə, bunu xidmət rəisi Vüsal Hüseynov bildirib. DMX rəisi bildirib ki, ilk elan xidmətə kiçik heyət qəbulu ilə bağlı olub ki, bununla bağlı da artıq qəbul bitib.

Hazırda həmin şəxslərin təlim-tədrisi həyata keçirilir. DMX rəisi bildirib ki, ikinci elan isə orta rütbəli vəzifələrə qəbulla bağlı olub ki, bununla bağlı müsabiqə mərhələsi bitib, hazırda müsahibə mərhələsindədir.

Xidmət rəisi bildirib ki, ilk elanla bağlı 9 nəfər işə qəbul olunub. İkinci dəfə elan olunan imtahana isə 14 vakant yer verilib.

Günay Elşadqızı / Metbuat.az

Foto: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR