Milyonları var, amma heç nə üçün pul xərcləmir -

İrlandiyalı döyüşçü Konor Makqreqor dəbdəbəli həyatına aid fotoları sosial media hesabından paylaşıb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, özünə aid viski markası olan, bahalı maşınlardan düşməyən və hər zaman geyimləri ilə diqqət cəlb edən Konorun 100 milyon dollarlıq sərvəti var. Konorun məşqçisi Con Kavana dostu ilə bağlı maraqlı açıqlamalar verib. O bildirib ki, geymək istədiyi bir şeyi geyinməsi, sahib olmaq istədiyi maşını sürməsi və ya yemək istədiyi yeməyi dadması üçün Makqreqor qətiyyən pul xərcləmir. Əksinə o əldə etdiklərini reklamlardan qazanır.

C.Kavana Konorun pulunu qumar kimi pis vərdişlərə xərcləmədiyini, çox təvazökar həyat yaşadığını bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR