​Fransa dünya ölkələrini İŞİD terror təşkilatıyla

Fransa dünya ölkələrini İŞİD terror təşkilatıyla mübarizəyə çağırır.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Bağdadda səfərdə olan bu ölkənin Xarici İşlər naziri Jan-İv Le Drian iraqlı həmkarı Məhəmməd əl-Həkimlə keçirilən birgə mətbuat konfransında bəyan edib ki, ABŞ qoşunları Suriyanı tərk edəndən sonra, İŞİD-ə qarşı qəti tədbirlər görülməlidir.

Diplomat regionda sabitliyin təmin olunması, xüsusən də Suriya münaqişəsinin həlli üçün lazımi addımların atılmalı olduğunu qeyd edib. Lakin fransalı nazir təhlükələrə qarşı konkret hansı tədbirlərin görülməli olduğunu açıqlamayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR