Səhiyyə Nazirliyi güclü küləyin fəsadlarını açıqladı -

Qaradağda Tır aşıb.

Səhiyyə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hadisə zamanı Türkiyə vətəndaşı xəsarət alıb. Yaralıya tibbi yardım göstərilərək, evə buraxılıb.

Binə ticarət mərkəzində isə kişinin üstünə reklam lövhəsi aşıb. Onun vəziyyəti orta ağırdır. Həyatı üçün təhlükə yoxdur.

Lökbatanda yerləşən qarajda kişinin üstünə darvaza aşıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub. Xəsarət alan şəxs Neftçilər xəstəxanasına aparılıb.

Daha bir nəfəri isə Suraxanıda külək yıxıb. O, baş nahiyəsindən xəsarətlər alıb.Yaralı Sabunçu xəstəxanasına aparılıb. Vəziyyəti normaldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR