Hava haqqında

17 yanvar saat 21:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Metbuat.az verilən məlumata görə, dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub. Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR