Dövlət qurumları işlərini əlaqəli

Hava şəraitinin kəskin dəyişməsi, temperaturun birdən-birə 10 dərəcəyədək enməsi fəsadlara səbəb ola bilər.

Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün dövlət qurumlarına iki gün əvvəldən xəbərdarlıq verilib ki, qabaqlayıcı tədbirlər görə bilsinlər. Bununla da biz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Qeyd edim ki, xüsusi hidrometeoroloji hadisə ilə bağlı əvvəlcədən xəbərdarlığın verilməsi vacib və zəruridir.

Metbuat.az xəbər verir ki, bu sözləri nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova keçirilən brifinqdə deyib.

Mətbuat katibi, həmçinin bildirib: "Xəbərdarlıqdan sonra bütün qurumlar baş verə biləcək hadisələrin qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib. Şükürlər olsun ki, hər hansı bədbəxt hadisə qeydə alınmayıb. Bu hadisə onu göstərdi ki, ölkəmizdə bütün qurumlar, nazirliklər yüksək səviyyədə hazırlıq tədbirləri görür, əlaqəli şəkildə işləri düzgün qururlar. Təhlükəsizlik məqsədilə həyata keçirilən tədbirlər müntəzəm olaraq mətbuatda işıqlandırılır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR