Qaynadıb suyunu 7 gün için...

Metbuat.az Medicina.az-a istinadən sumağın bu çox az bilinən faydalarını təqdim edir:

Sumaq meyvələri qurudularaq toz halına gətirilir və ədviyyat kimi istifadə edilir.

150 növündən yalnız 2-si zəhərsiz olan sumaq bitkisi ölkəmizdə də becərilir.

Faydaları:

- Qanda olan insulin səviyyəsini düzəldir. Bu xüsusiyyətinə görə diabet və yüksək təzyiq xəstələrinin mütləq ondan istifadə etmələri məsləhətdir.

- Antioksidant təsiri sayəsində yuxarı tənəffüs yolları xəstəliklərində qəflətən meydana gələn qızdırmanı aşağı salaraq beyini qoruyur.

- Həftədə bir dəfə qəbul edilən sumaq suyu sinir sistemində olan zədəli hüceyrələrin sayını azaldaraq sağlam hüceyrə yaranmasını təmin edir. Yorğunluq, stress və depressiya kimi narahatlıqların yaranması riskini də aradan qaldırır.

- Qida zəhərlənməsi zamanı sumağı qaynadaraq bir stəkan qəbul etməyiniz faydalı olacaq. Həm mədənizi, həm də bağrsaqlarınızı təmizləyərək zəhərlənməyə səbəb olan bakteriyaları sidik və nəcis vasitəsilə xaricə çıxaracaq.

- Sumaq suyundan arıqlamaq üçün də istifadə olunur.

- Əgər övladınızda iştahsızlıq varsa onda uşağa ayda bir dəfə sumaq suyu içirin. Bu onun həm immunitetini həm də iştahasını artıracaq.

Tələb olunanlar:

1 x/q sumaq

1 stəkan su

Hazırlanması:

Suyu və sumağı bir qaba tökərək qaynadın. Daha sonra soyudaraq süzün.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR