Müğənni Emil Bədəlov əməkdar artist Röya Ayxanın oğlu Hüseynlə "Play Station" oynayıb.Milli.Az axşam.az-a istinadən bildirir ki, mərcə əsasən, oyunun sonunda uduzan qalibin istəyini yerinə yetirməli olub. Sonda isə Bədəlov Hüseynə uduzaraq sosial media hesabında foto paylaşmağa məcbur qalıb.Ancaq onun bu paylaşımı digərlərindən fərqlənib. Belə ki, hər zaman ciddi görkəmdə fotolar paylaşan Emil bu dəfə standartlardan kənara çıxmaq məcburiyyətində qalıb."Hüseyn Cəlilova "Play Station" oyununda uduzmuşam. Bunun müqabilində söz verdiyim "urodliviy" şəklimi izləyicilərimlə paylaşıram. Necə deyərlər söz danışıqdan keçər", - Emil rəy yazıb.Sənətçinin ən çirkin fotosu rəy yağışına tutulub və gülüşlə qarşılanıb.Milli.Az