Ötən mövsüm Avropanın ən çox gəlir əldə edən klubu açıqlanıb

Ötən mövsüm Avropanın ən çox gəlir əldə edən klubu açıqlanıb
13:42 24 Yanvar 2019
27 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ “Deloitte” analitik şirkəti 2017/2018 mövsümü üçün Avropanın futbol klublarının gəlirlərini açıqlayıb.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, hesabatda ilk yeri İspaniya “Real Madrid”i tutur. 2014/2015 mövsümündən sonra yenidən zirvəyə yüksələn “kral klubu” rekord məbləğdə - 750,9 milyon avro qazanıb. İkinci sıradakı “Barselona” 60,5 milyon avro az pul götürüb.
“Üçlüy”ü 666 milyon avro ilə İngiltərənin “Mançester Yunayted” klubu qapayır.
İlk “20-lik”də yer alan klubların ümumi gəliri də rekord məbləğ – 8,3 milyard avro təşkil edib. 



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropanin-en-cox-gelir-elde-eden-klubu-aciqlandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR