Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində hazırda davam edən "Simurq" - "İnter" matçında maraqlı epizod qeydə alınıb.

Metbuat.az-ın məlumatına görə, ev sahiblərinin futbolçuları komandanın maliyyə vəziyyətinə etiraz olaraq hakimin start fiti səsləndikdən sonra yerə oturublar. Azarkeşlər alqışları ilə oyunçulara dəstək veriblər. Daha sonra oyun davam edib.

Qeyd edək ki, "Simurq" maliyyə vəziyyətinin çətinləşməsi səbəbindən fəaliyyətini dayandıra bilər.

Hazırda görüşdə fasilədi. "İnter" 3:2 hesabı ilə qalib gəlir.