"Sevgililər günü"ndə ən böyük sevgiliyə vida - Əfsanə Çinə getdi

"Sevgililər günü"ndə ən böyük sevgiliyə vida - Əfsanə Çinə getdi
18:12 14 Fevral 2019
95 İdman
Ölkə mətbuatı
A- A+

"Napoli"nin kapitanı Marek Hamşik karyerasını Çində davam etdirəcək.

Milli.Az xəbər verir ki, Slovakiya yığmasının üzvü "Dalian Yifanq"la bütün detallarda razılığa gəlib.

Təcrübəli yarımmüdafiəçi Super Liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Onun illik maaşı 9 milyon avro olacaq. Bu keçid Çin klubuna 20 milyon avroya başa gəlib.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2007-ci ildən "Napoli"dən oynayırdı. Hamşik Neapol təmsilçisinin heyətində ən çox oyun (520) keçirən və ən çox qol vuran (121) oyunçudur.

Elçin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/730612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR